İdman

Ulduz futbolçu evində döyüldü, saatı oğurlandı

14 May 2020 12:09
0 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in silahlı basqına məruz qalan yarımmüdafiəçisi Dele Alli "Tvitter" hesabında post paylaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mayın 12-də, gecə 00:30-da öz yaşadığı evdə döyülərək qol saatları əlindən alınan oyunçu onu dəstəkləyən azarkeşlərə təşəkkür edib:

"Dəstək mesajlarınıza görə hər birinizə minnətdaram. Bu, dəhşətli təcrübə idi. Amma indi hər şey qaydasındadı".

Qeyd edək ki, bıçaqla silahlanmış iki soyğunçu futbolçunun evinə soxulub. Həmin vaxt o, sevgilisi Rubi Mey və 6 dostu ilə bilyard oynayırmış. Dele Allini döyən quldurlar, onun dsotlarından birinə də xəsarət yetiriblər. Futbolçunun "Richard Mille" və "Audemar Piguet" firmalarına məxsus qol saatlarını əlindən alan cinayətkarlar Rubi Meyə məxsus zinət əşyalarını da aparıblar.

İngiltərə polisi hələ cinayətkarları tapa bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.