İdman

Ronaldu futbolçulara hədiyyə paylayıb

9 May 2020 09:19
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu karantin zamanı Madeyra adasında birgə məşq etdiyi futbolçulara hədiyyə paylayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə yerli, gənclərdən ibarət komandanın 18 yaşlı qapıçısı Filip Qonsalveş belə deyib:

"Son məşqdən sonra o, hamımıza hədiyyə verdi. İnanın ki, bu, düşündüyünüzdən də möhtəşəm hədiyyə idi. Ancaq kumirlə məşq etmək imkanı qazanmaq daha böyük duyğulara meydan verdi. Bizim üçün inanılmaz dərəcədə maraqlı oldu".

Qeyd edək ki, Ronaldu martdan ölkəsində - Madeyra adasındakı villasında qalırdı. Superulduz Portuqaliyanı 2 gün öncə tərk edərək şəxsi təyyarəsi ilə İtaliyaya qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.