İdman

“Şalke”nin ölü bilinən sabiq futbolçusunun sağ olduğu ortaya çıxdı

5 May 2020 12:18
0 Şərh     Baxış: 1 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dörd il öncə öldüyü bilinən Almaniyanın "Şalke" klubunun sabiq futbolçusu Hianik Kambanın  yaşadığı ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Manuel Noyerlə bir komandada oynamış idmançının 2016-cı ildə vəfat etdiyi barədə məlumat yayılıb.

Məlumatda futbolçunun vətəni Konqoda avtomobil qəzasına düşərək öldüyü bildirilirdi.

Lakin 33 yaşlı futbolçunun hal-hazırda Almaniyanın Rur bölgəsində yaşadığı ortaya çıxıb.

Ehtimala əsasən, H.Kamba sığorta ödənişlərini etməmək üçün ölümü haqqında qurama qurub.

Hal-hazırda Almaniya polisi futbolçunun həyat yoldaşı barədə araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.