İdman

"İnter" də məşqləri bərpa edir

4 May 2020 12:09
0 Şərh     Baxış: 1 031
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milan "İnter"i futbolçularının bu gündən fərdi məşqlərə başlayacağını açıqlayıb.

Milli.Az qol.az -a istinadən xəbər verir ki, oyunçular "Appiano-Djentile"də məşq mərkəzindən istifadə edəcəklər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq. 

Qeyd edək ki, bundan əvvəl "Sassuolo" və "Roma" mayın 4-dən, "Bolonya" isə 5-dən məşqləri bərpa edəcəyini açıqlayıb.

Əlavə edək ki, İtaliyada  mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.