"Barselona"nın bütün oyunçuları növbəti həftənin əvvəlinə kimi klubun düşərgəsinə qayıtmalıdılar.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona" mayın 6-da futbolçuları koronavirus testindən keçirməyi planlaşdırır. Yalnız bundan sonra fərdi məşğələlərə start veriləcək.
Kataloniya klubunun iki oyunçusu - Frenki de Yonq və Martin Breytueyt karantin dövründə şəhəri tərk etmişdilər. 22 yaşlı yarımmüdafiəçi Niderlanda qayıtmış, danimarkalı forvard isə Madridə yollanmışdı. Breytueyt Barcelona-ya keçdikdən sonra ev tapa bilmədiyi üçün oteldə yaşayırdı.
Kataloniya klubunun rəhbərliyi hər iki futbolçunun vaxtında düşərgəyə qayıdacağından əmindi.
Milli.Az