İdman

Bir dəqiqə meydanda olan futbolçuya da çempionluq medalı veriləcək

2 May 2020 13:09
0 Şərh     Baxış: 1 113
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PSJ-nin vingeri Xese Fransa Liqa 1-in çempionluq medalına sahib çıxacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Xese PSJ forması ilə çempionatda cəmi 1 dəqiqə meydanda olub. İspan futbolçu Liqa 1-in 4-cü turu çərçivəsində "Mets"la oynanılan matçda forma geymişdi.

Fransa çempionatının qaydalarına əsasən, meydanda ən azı bir dəqiqə keçirən oyunçu çempion olmaq və medal almaq hüququna malikdi.

Xese sentyabrda icarə əsasında "Sportinq"ə keçmişdi.

Qeyd edək ki, Fransa Liqa 1 koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılıb və turnir cədvəlinin lideri PSJ çempion elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.