İdman

Aryen Robben karyerasını bərpa edə bilər

27 Aprel 2020 13:07
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən mövsümün sonu futbolçu karyerasını bitirən Aryen Robben yaşıl meydanlara qayıtmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə düşündüyünü deyib. Niderlandlı futbolçu yerli mətbuata açıqlamasında kroronavirus pandemiyası aradan qalxandan sonra bu barədə qərar verəcəyini deyib: 

"Karyeramı bitirəndən sonra futbol üçün çox da darıxmırdım. Ancaq zaman keçdikcə "Bəlkə, bir az oynamaq lazımdır" kimi düşüncələr beynimdə dolaşır. Koronavirusa görə insanların həyatı qəribə vəziyyətə düşüb. İndi futbolun qayıtmasını gözləyirik. Hər halda, nə olsa da, mən bir idmançıyam".

Qeyd edək ki, karyerasını "Bavariya"da başa vuran Niderland millisinin sabiq üzvü PSV, "Çelsi", "Real" kimi klublarda oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.