"Yuventus"da və "Atletiko"da oynamış ulduz veteran Kristian Vyeri maraqlı açıqlama ilə gündəmə gəlib.
Milli.Az fanat.az-a istinadən bildirir ki, İtaliya millisinin sabiq hücumçusu Madrid təmsilçisində oynadığı dönəmdə hər gecə əyləndiyini söyləyib:
""Yuventus"da əsl peşəkarıydım. Amma Madriddə hər gecə gəzir, əylənirdik. Yumşaq desəm, hər şey edirdik. Əslində, həmişə peşəkar olmuşam. Ola bilsin ki, "Atletiko"da oynayanda əyləncəyə bir qədər daha çox vaxt ayırmışam. Şam yeməyini gec yeyir, çox vaxt səhərə qədər içirdik. Bütün hallarda, top-bombardir olaraq qaldım".
Vyeri 1997-1998-ci illərdə oynadığı "Atletiko"da 29 qol vurub.
Milli.Az