İdman

Zidanın oğlu milli seçimini etdi

25 Aprel 2020 14:19
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Lyuka Zidan Əlcəzair milli komandasında oynamağa razılıq verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Camel Belmadi 21 yaşlı qapıçı ilə görüşərək onu Əlcəzair vətəndaşlığını qəbul etməyə inandıra bilib. Lyukanın payızdan, dünya çempionatının seçmə mərhələsindən başlayaraq Əlcəzair millisində oynacacağı gözlənilir.

Qeyd edək ki, oğul Zidan Fransanın yeniyetmələrdən ibarət millisində çıxış edib. Onun əslən Əlcazairdən olan atası Zinəddin Zidan isə Fransa A millisində oynayıb.

Xatırladaq ki, müqavilə ilə "Real"a məxsus olan Lyuka hazırda icarə qaydasında "Rasinq"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.