İdman

“Messi yalançı və təxribatçıdır“

24 Aprel 2020 22:04
1 Şərh     Baxış: 2 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın sabiq qapıçısı Eji Dudek avtobioqrafik kitabında "Barselona" ilə oyun barədə də yazıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Dudek "Barselona"lıları yaxşı xarakterizə etməyib.

Dudek "Real"da 2007-2011-ci illərdə çıxış edib. O, Messinin də göründüyü kimi sakit insan olmadığını vurğulayıb: "Messi də bütün "Barselona"lılar və Qvardiola kimi yalançı və təxribatçı idi. Onlar hər zaman sizi təhrik etməyə hazır idilər və bunu mükəmməl bacarırdılar.

Onlar belə hərəkətlərlə Joze Mourinyoya, bütün komandaya böyük zərər vurdular. Siz təsəvvür də etməzsiniz ki, mən Messinin dilindən Pepe və Ramosun ünvanına necə ağır ifadələr eşitmişəm. Adamın inanmağı gəlmirdi ki, belə sakit adam bu cür sözlər işlədər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.