İdman

"Oyun üslubum unikaldır, zəif nöqtələrim yoxdur"

24 Aprel 2020 10:04
0 Şərh     Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne öz oyun səviyyəsi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı bildirib: "İndi forma haqqında danışmaq çətindir, amma hazırda zəif nöqtələrim yoxdur. Oyunun hər aspektində mən özümü rahat hiss edirəm.

"Volfsburq"da mən inanılmaz yaxşı idim, amma  son üç mövsümdə forma dəyişikliyi oldu. Sevinirəm ki, indi oyun səviyyəsini sabit saxlayıram. "Vest Hem"lə mövsümün ilk matçından "Real"la görüşə qədər əla oynayırdım.

Mən çox oyunçunu bəyənirəm, amma özünəməxsus olmağım xoşuma gəlir. Düşünürəm ki, oyun üslubum unikaldır. Yarımmüdafiəçidə zəif yerlər olmamalıdır. Futbol inkişaf edir. Həm hücumda, həm müdafiədə oynamaq üçün çox çalışmalısan".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.