İdman

"Real" Zidanla yeni müqavilə imzalamayacaq

19 Aprel 2020 23:08
0 Şərh     Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın qapıçısı Luka Zidan mövsümün sonunda komandadan ayrılacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, baş məşqçi Zinəddin Zidanın oğlu ilə yeni müqavilə imzalanmayacaq.

Hazırda "Rasinq"də icarə əsasında çıxış edən Lukanın "Real"la sözləşmə müddəti mövsümün sonuna qədərdir. Klub bunun yenilənməsində maraqlı deyil və azad agent statusu daşıyacaq Zidan ölkəsi Fransaya qayıtmağı planlaşdırır. Gələn mövsümdən əsas qapıçı Tibo Kurtuanın alternativi ukraynalı Andrey Lunin olacaq.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Luka Zidan cari mövsüm "Rasinq"in heyətində Seqaundada 29 oyuna çıxıb, qapısında 36 qol görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.