Cəmiyyət

Fəzail Ağamalının daha bir oğlu üzə çıxdı - Oleq çağırırlar...

28 Oktyabr 2025 15:56
Baxış: 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər partiyasında övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının daha bir oğlunun olduğu üzə çıxıb. 

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.

Almaniyadakı mənbənin məlumatına görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Ətraflı

Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib. 

Fəzail Ağamalı sayta açıqlamasında faktı təsdiqləyərək bunu "cavanlıq səhvi" adlandırıb: "Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki... Hər kəsin şəxsi həyatı ola bilər. Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur, onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm. Ondan da bu səhvə görə üzr istədim. Vəssalam... Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib... Burada qəribə nə var ki?"

Qeyd edək ki, Milli Məclisin 6 çağırış deputatı olmuş Fəzail Ağamalının indiyə qədər üç övladının (Yalçın Ağamalı, Elçin Ağamalı, deputat Günay Ağamalı) olduğu bilinirdi. Hətta onun vikipediya məlumatlarında da üç övladının olması qeyd edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.