İdman

Perotti “Qarabağ”a vurduğu qolu fərqləndirdi

18 Aprel 2020 10:14
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın futbolçusu Dieqo Perotti  2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ev oyununu yada salıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə azarkeşlərdən birinin  "Ən sevimli qolunuz hansıdır" sualına belə cavab verib:

"Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdır. Bu mənada ilk sırada "Sampdoriya" ilə matçda vurduğum qol dayanır. Həmçinin Çempionlar Liqasında lider kimi tamamladığımız qrupda "Çelsi" və "Qarabağ"a vurduğum qolları da bu siyahıya daxil edə bilərəm".

Qeyd edək ki, D. Perotti 2017-ci il dekabrın 5-də ÇL-in  qrup mərhələsində "Qarabağ"la ev oyununda (1:0) vurduğu qolla komandasına vacib qələbə qazandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.