Çinin "Quançjou Everqrand" klubu yeni stadionun tikintisinə başlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, arenanın təxminən 100 min azarkeş tutumuna malik olacağı gözlənilir.
Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi "Quançjou Everqrand" klubunun sahibi olan "Everqrand Qrup"un olacaq. Şirkətin stadiona 12 milyard yuan (təxminən 1.59 milyard dollar) xərcləyəcəyi planlaşdırılır.
Arenanın tikintisinin 2022-ci ilin sonunda yekunlaşacağı bildirilir.
Milli.Az