İdman

Bekhem və Ronaldu həkimlər üçün xeyriyyə matçı keçirməyi təklif ediblər

15 Aprel 2020 12:02
1 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi futbolçular - ingiltərəli Devid Bekhem və braziliyalı Ronaldo növbəti dəfə xeyriyyə matçı təşkil etməyi planlaşdırır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Real"ın sabiq oyunçuları instaqramda canlı yayımda söhbət edərkən müzakirə ediblər.

Həm Bekhem, həm də Ronaldo koronavirus pandemiyası ilə mübarizədə çox çalışan həkimlərə dəstək olmaq məqsədilə ulduzlar arasında belə bir oyunun təşkilini nəzərdən keçirirlər. Bekhem keçmiş komanda yoldaşına məsələ ilə bağlı bunu deyib: "Həkimlər üçün bunu etməliyik. Hər gün başqalarının həyatını xilas etmək üçün çalışan insanlara maddi yardım etmək lazımdır".

Xeyriyyə matçında Bekhem və Ronaldonun komandalarından ibarət heyətlərin iştirakı gözlənilir. Digər variant isə onların sahib olduqları "İnter Mayami" ilə "Valyadolid" arasında yoldaşlıq görüşü təşkil etməkdir.

Qeyd edək ki, adıçəkilən iki futbolçu və "Real"ın baş məşqçisi Zinəddin Zidan indiyə qədər dəfələrlə xeyriyyə xarakterli oyunlar təşkil ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.