İdman

Bakıda yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş - FOTO

14 Aprel 2020 19:05
0 Şərh     Baxış: 4 012
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Daxili işlər Nazirliyi "8103" qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.

O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.

İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus "Go Fitness" idman zalında fitnes müəllimi kimi çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.