İdman

Messi həkimlərə təşəkkür etdi: "Adsız qəhrəmanlar"..."

13 Aprel 2020 18:54
0 Şərh     Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi tibb işçilərinə təşəkkür edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu instaqram hesabında bu barədə paylaşım edib:

"Dünya tibb işçiləri həftəsi başa çatdı. UNICEF-ə qoşularaq həkimlərə dərin təşəkkürlərimi bildirmək istərdim.
"Adsız qəhrəmanlar" koronavirus pandemiyasının yayıldığı dönəmdə ailələrimizin təhlükəsizliyini təmin etmək üçün uzun müddətdi ki, öz ailələrindən uzaq düşüblər. Baş verənlərə baxmayaraq, onlar hamilə qadınlara dünyaya uşaq gətirməkdə kömək etmək, uşaqları və gəncləri qorumaq kimi ali öhdəliklərinə sadiqdilər".

Son məlumatlara görə, dünyada 1 milyon 862 min insan koronavirusa yoluxub, 114 min 980 nəfər isə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.