İdman

İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım Fondu yaradıblar

9 Aprel 2020 08:33
0 Şərh     Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngilis Premier Liqasının (APL) futbolçuları Britaniya səhiyyə xidmətinin (NHS) birbaşa dəstəklənməsi, koronavirus pandemiyası zamanı ehtiyacı olanlara müalicə və yardımın təmin edilməsi üçün #PlayersTogether təşəbbüsü ilə müvafiq fond yaratmaq qərarına gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, təşəbbüsün yaradılması haqqında sənədi "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson "Twitter" səhifəsində dərc edib.

Bildirilir ki, müxtəlif ingilis klublarından olan futbolçular fonda 4,56 milyon avro vəsait köçürəcəklər.

Britaniyada koronavirusa yoluxma hallarının sayı 60 mini ötüb, 7 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.