İdman

"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm"

6 Aprel 2020 16:12
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un müdafiəçisi Vircil van Deyk "Diario Sport"a müsahibə verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu adını "Liverpul"un tarixinə yazdırmaq niyyətində olduğunu bildirib:

"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm. Burada inanılmaz uğurlara imza atmaq niyyətindəyəm. Əla komandamız var. Bundan daha artığına ehtiyacımız yoxdu. Titullar uğrunda mübarizə aparmaq üçün hər şeyə sahibik.

Məşqçimiz, universal sxem, bizə qələbə qazandıran oyun tərzimiz, stadion və azarkeş amili... - klub inanılmazdı. Karyeramı bitirdikdən sonra "Enfild"ə qayıdan oyunçulardan olmaq istəyirəm. Klub əfsanələri ilə görüşəndə özümü böyük bir ailənin üzvü kimi hiss edirəm və əhvalım yüksəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.