İdman

Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi verildi

6 Aprel 2020 11:43
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya polisinin Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun futbolçusu Aleksandar Priyoviçi həbs etdiyini xəbər vermişdik. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun öz ölkəsində tətbiq olunan komendant saatını pozması səbəb olub.

O, yerli vaxtla saat 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul etdiyi üçün polis tərəfindən saxlanılmışdı. Artıq hücumçu səhvini etiraf edib. Serbiyada komendant saatını pozanlara 3 ilə qədər qədər həbs cəzası verilsə də, Priyoviç canını 3 aylıq ev həbsi ilə qurtarıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq edib. İnsanlar axşam 17:00-dan səhər 5:00-a kimi evlərindən çıxmır. Ölkəyə giriş-çıxış tam dayandırılıb, parlament seçkiləri təxirə salınıb, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.