İdman

Həbib UFC turnirində iştirak etməyəcək

6 Aprel 2020 08:52
1 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFS çempionatının rəhbəri Deyna Vayt 18 apreldə keçiriləcək UFC 249 turnirində rusiyalı Həbib Nurməhəmmədovun iştirak etməyəcəyini xəbər verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə D.Vayt "Twitter" səhifəsində yazıb.

"Turnir baş tutacaq, amma Həbibsiz. Sabah döyüşlərin siyahısını açıqlayacağam", - UFS-nin rəhbəri bildirib.

Turnirin keçiriləcəyi yer hələ açıqlanmayıb. Daha əvvəl yarışın Nyu-Yorkda keçiriləcəyi güman edilirdi, lakin koronavirusla bağlı vəziyyətə görə təxirə salındı. Turnirin əsas döyüşü H.Nurməhəmmədovun amerikalı Toni Fergüsona qarşı dueli idi. Rusiyalı döyüşçü əvvəlcədən turnirin keçiriləcəyi yeri bilmədiyi təqdirdə iştirak etməyəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.