İdman

İngiltərə klubları 1,3 milyard avro itirə bilərlər

5 Aprel 2020 13:50
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında cari mövsüm bərpa olunmayacağı təqdirdə, klubların itirəcəyi məbləğ açıqlanıb.

Goal.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu hal baş verərsə, yerli komandalar ümumilikdə 1,3 milyard avro qazancdan məhrum olacaqlar.

Həmin məbləğin 866 milyon avrosunu teleyayım hüquqları, 227 milyon avrosunu bilet satışları, 199 milyon avrosunu isə sponsorluq müqavilələrindən əldə olunan gəlir təşkil edir.

Bunu nəzərə alan Premyer Liqa rəhbərliyi klubların futbolçuları ilə video-konfrans keçirərək mümkün maliyyə itkiləri barədə məlumat verib və onları maaşlarının 30 faizindən imtina etməyə çağırıb.

Qeyd edək ki, aprelin 3-də İngiltərə Premyer Liqasının oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığı açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.