İdman

"Real" karantin qaydalarını pozan futbolçusunu satır

21 Mart 2020 15:59
0 Şərh     Baxış: 1 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  koronavirus pandemiyası ilə əlaqədar klubun karantin qaydalarını pozaraq sevgilisinin ad günü üçün Belqrada gedən forvard transferə çıxarılacaq.

"Kral klubu" onsuz da, əsas heyətə düşə bilməyən Serbiya millisinin üzvünün bu hərəkətinin qəbuledilməz olduğunu düşünür. Bu üzdən yayda sərfəli təklif gələrsə, Yoviç satılacaq. Hazırda 23 yaşlı oyunçu ilə "Tottenhem" və "Çelsi" maraqlanır.

Qeyd edək ki, "Real" Luka Yoviçi ötən il "Ayntraxt"dan transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.