İdman

"Mançester Yunayted" Poqbanın qiymətini endirdi

20 Mart 2020 21:30
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" yarımmüdafiəçi Pol Poqbanın qiymətini azaltmaq niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi oyunçunu əldən çıxarmaqda qərarlıdır. Bunun üçün əvvəlcədən təyin olunan qiymətdə endirimə gediləcək.

Poqbanın klubla müqaviləsində 190 milyon avro qarşılığında sərbəst qalacağı bildirilir. Ancaq "qırmızı şeytanlar" bu rəqəmi 85 milyon avroya endirib.

Mətbuat fransalının da klubu tərk etmək istədiyini yazır. Onun karyerasını "Yuventus"da davam etdirəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.