İdman

La Liqa klubu şokda: 6 nəfərdə koronavirus aşkarlandı

18 Mart 2020 13:12
0 Şərh     Baxış: 1 324
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Espanyol" klubunda koronavirus şoku yaşanır. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisinin futbolçu və məşqçi heyətindən 6 nəfərdə koronavirus testlərinin nəticəsi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin koronavirusa yoluxanların adları açıqlanmır. Hazırda bütün komanda üzvləri karantinə alınıb. Xəstəliyin aşkarlandığı oyunçu və məşqçilər isə müalicə olunurlar.

Qeyd edək ki, daha öncə La Liqanın digər təmsilçisi "Valensiya"da belə kütləvi yoluxma halı qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.