İdman

Tokio-2020-nin tarixi dəyişməyəcək

15 Mart 2020 17:52
0 Şərh     Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtında heç bir dəyişiklik edilməyəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib.

O bildirib ki, koronavirus epidemiyasının dünyanın bir çox ölkəsində yayılmasına baxmayaraq, Olimpiada planlaşdırıldığı tarixdə keçiriləcək: "İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırıldığı kimi, heç bir problem olmadan Oyunları qəbul edəcəyik".

Qeyd edək ki, son məlumata əsasən, Yaponiyada 1423 nəfər koronavirus xəstəliyinə tutulub, onlardan 28-i ölüb. Tokio-2020 isə 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.