İdman

Azərbaycan Premyer Liqası təxirə salındı

13 Mart 2020 18:41
2 Şərh     Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, əmr son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq imzalanıb.

Əmrə əsasən, I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınıb.

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.