İdman

Messi Ronaldinyo üçün 4 milyon avro ayırdı - Vəkil tutdu

10 Mart 2020 16:09
0 Şərh     Baxış: 4 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Lionel Messi hazırda həbsdə olan sabiq komanda yoldaşı Ronaldinyoya kömək etməyə qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Braziliya millisinin sabiq üzvü və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub. Messinin Ronaldinyonun azadlığa buraxılmasına görə 4 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Messinin "Barselona"dakı ilk rəsmi qolunun ötürməsinin məhz Ronaldinyo verib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.