İdman

Bu oyun da azarkeşsiz keçiriləcək - UEFA açıqladı

10 Mart 2020 11:49
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA daha bir oyunun azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasının 1/8 final mərhələsinin "Olimpiakos" - "Vulverhemptom" görüşüdür. Bu qərar Yunanıstan hökumətinin koronavisun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncamı əsasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ -"Borussiya" (Dortmund) və Avropa Liqasının 1/8 finalındakı "Sevilya" - "Roma" oyunlarında azarkeşlər olmayacağı bildirilib.

Xatırladaq ki, "Vulverhempton"un U-23 komandasında çıxış edən millimizin üzvü Renat Dadaşov əsas komandanın Avroliqa üçün sifariş ərizəsində yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.