Braziliya millisinin sabiq hücumçusu, "Qızıl top"un sahibi Ronaldinyonun Paraqvayda saxlanıldığı həbsxanada ilk fotosu yayılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, şəkli paraqvaylı jurnalist Hernan Rodriqes özünü "Tvitter" səhifəsində paylaşıb.
Qeyd edək ki, məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verilib. Bu müddətdə istintaq aparılacaq.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvay aeroportunda saxta pasport təqdim edərkən saxlanılıblar.
Milli.Az