İdman

Rüfət Dadaşov debüt oyununda het-trik edib - VİDEO

9 Mart 2020 07:21
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov "Finiks Rayzinq" komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 29 yaşlı hücumçu "Portlend Timbers"lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü, 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə "Finiks Rayzinq"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.