İdman

"O, çempionatın tapıntısı ola bilər" - Elmar Baxşıyev

7 Mart 2020 19:11
0 Şərh     Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bilirdik ki, bizi çətin oyun gözləyir. Hesab bizim üçün də gözlənilməz oldu".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"la keçirilən oyun haqda danışarkən deyib.

40 yaşlı çalışdırcı komandasının 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonrakı mətbuat konfransında "Sumqayıt"ı təhlükəli komanda adlandırıb: "Sumqayıt" heyətində yaxşı futbolçular olan bir komandadır. Futbolçularımız həftə ərzində hazırlaşdığımız və istədiyimiz oyunu meydanda göstərdilər. Bu da bizi sevindirməyə bilməz. Üzərində işlədiklərimizi meydanda gördük. Qış fasiləsindən sonra bizə bir az çətin olacağını bilirdik. Bəzi oyunçular komandanı tərk etmişdi, yeni gələnlərə adaptasiya üçün vaxt lazım idi. Komanda şəklində istədiyimizi ala bilmirdik. Bu gün böyükhesablı qələbə gözləmirdik. Müəyyən boşluqlar görmüşdük və onların üzərində işləyirdik".

Baxşıyev hücumçu Klesio Baukun oyununu da yüksək qiymətləndirib: "Bauk bir ilə yaxındır komandadadır. Onun oyunu həm bizi, həm də azarkeşləri sevindirməyə bilməz. Bu onun tam potensialı deyil. O, hətta çempionatın tapıntısı ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.