İdman

İtaliya çempionatının bütün oyunları azarkeşsiz keçiriləcək

5 Mart 2020 19:44
0 Şərh     Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun Avropada ən çox yayıldığı İtaliyada futbol yarışları ilə bağlı yekun qərar qəbul olunub. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu ölkənin idman naziri Vincentso Spadafora A Seriyasının və klubların rəhbərləri ilə görüşərək, mövcud vəziyyəti müzakirə edib.

Aparılan müzakirələrdən sonra A Seriyasında bütün oyunların azarkeşsiz keçirilməsinə qərar verilib. Beləliklə, İtaliya çempionatında bütün qarşılaşmalar aprelin 3-nə qədər boş tribunalar önündə keçiriləcək.

Xatırladaq ki, A Seriyasında son iki turun əksər qarşılaşmaları, həmçinin İtaliya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları təxirə salınıb. Bu ölkədə virusa yoluxanların sayı 2 mindən çoxdu, azı 79 nəfər isə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.