"Mançester Yunayted"in yeni transferi Bruno Fernandeş fevral ayı üçün komandasının ən yaxşı oyunçusu seçilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən sorğuda portuqaliyalı yarımmüdafiəçi 80 faiz səs toplamaqla birinci olub. İkinci yeri Antonio Marsial (14 faiz), üçüncü yeri Lyuk Şou (6 faiz) tutub.
Fernandeş fevralda 5 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini edib. O, Mançester təmsilçisinə yanvarın 30-da keçib, 1 fevralda isə debüt edib.
Milli.Az