"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr dəyişikliyi olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, tanınmış idman jurnalisti Rövşən Binnətli "İdman TV" kanalına müvəqqəti icraçı direktor təyin edilib. Bu barədə məlumatı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov da təsdiqləyib.
Qeyd edək ki, Rövşən Binnətli bundan əvvəl həmin kanalda direktor müavini vəzifəsində çalışıb.
Milli.Az