İdman

Renat oynadı, “Vulverhempton” məğlub oldu

26 Fevral 2020 12:39
1 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Derbi Kaunti"nin U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç "Vulverhempton"un məğlubiyyəti ilə başa çatıb - 1:3.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

H qrupunda yer alan və keçirdiyi 6 oyuna 9 xal toplayan "Vulverhempton" "Derbi Kaunti"nin (12 xal) ardından ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.