İdman

"Gülmək istəyirdik, amma Mourinyodan qorxurduq"

25 Fevral 2020 18:45
0 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın sabiq futbolçusu Rafael van der Vart Madrid klubuna Joze Mourinyonu başçılıq etdiyi dövrlə bağlı xatirəsini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, "kral klubu"na hər kəs portuqaliyalı mütəxəssisdən qorxub:
 
"Mourinyo ilk dəfə paltardəyişmə otağına girəndə orada Ronaldu, Kaka, Benzema, mən və digər futbolçular var idi. Joze həmin vaxt dərhal dedi: "Mənim dediklərimi etsəniz, heç vaxt uduzmayacağıq". O anda gülmək istəyirdik, amma hamı Mourinyodan qorxurdu. Dediklərini ciddi qəbul etdik.

Bir müddətdən sonra "Real"dan ayrılmağımın daha yaxşı olacağını söylədi. Ancaq mən ona rəğbət bəsləməyi dayandırmadım. Mourinyonun Özili start heyətində oynatmaq istəyini vicdanla izah etməsi xoşuma gəldi. Bundan sonra mən "Tottenhem"ə transfer olundum".

Qeyd edək ki, van der Vart 2008-2010-ci illərdə "Real"da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.