İdman

"Bacım homoseksualdı, mən də siqaret çəkirəm..." - Məşhur futbolçu

25 Fevral 2020 12:42
1 Şərh     Baxış: 3 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter"in "Kalyari"yə icarəyə verdiyi Belçika millisinin üzvü Radya Naynqqolan spirtli içki və siqaret alışqanlıqları ilə bağlı səmimi etiraflar edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "France Football"a danışan hind əsilli futbolçu futbolçuların siqaret çəkməsinin normal olduğunu bildirib: "Mən, sadəcə, normal bir insanam. Məni "pis adam" kimi qələmə vermələrini istəmrəm. Bəzi tənqidlərə hörmət edirəm, amma sırf belə dedilər deyə belə biri deyiləm. Marketdən alış-veriş edərkən siqaret və içki ala bilərəm. Futbolçular da içki içə, siqaret çəkə bilər".

Belçikanın Antverp şəhərində dul bir ananın uşağı olaraq böyüdüyünü və çox çətinliklər çəkdiyini bildirən 30 yaşlı yarımmüdafiəçi "2005-ci ildə "Pyaçenza"ya transfer olunan zaman ayda 1000 avro qazanmağa başladım. Bundan sonra ailəmizin vəziyyəti sabitləşdi. Bütün ailə üçün rahat həyat qurmaq mənim üçün əsas hədəf idi. Anamdan ilham alıram. Hələ də həyatımdakı ən önəmli insandı. Mənim üçün çox fədakarlıqlar edib. Əkiz bir bacım var. Homoseksualdı. O, belə xoşbəxtdisə, mənim üçün problem deyil" deyə qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.