İdman

Hakimi söyən Cavid Hüseynova sərt cəza

18 Fevral 2020 15:18
0 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, Premyer Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XVII turunun "Səbail" - "Qəbələ" oyununda "Qəbələ" klubunun 21 nömrəli futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Premyer Liqanın XVII turunun "Neftçi" - "Keşlə" oyununda "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XVII turunun "Zirə" - "Qarabağ" oyununun 67-ci dəqiqəsində "Zirə" klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

Premyer Liqanın XVII turunun "Sumqayıt" - "Sabah" oyununda "Sabah" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klub 800 manat cərimə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.