İdman

"Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub edib

18 Fevral 2020 07:35
0 Şərh     Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə futbol çempionatının 26-cı turunda "Mançester Yunayted" səfərdə "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, matçda qolları Antoni Marsyal (45-ci dəqiqə) və Harri Maquayr (66-ci dəqiqə) vurublar.

İkinci hissədə görüşün baş hakimi Entoni Teylor "Çelsi"nin iki qolunu (ilk dəfə qaydaların pozulmasına görə, ikinci hissədə ofsayd mövqeyinə görə) ləğv edib.

Çempionat cədvəlində "Mançester Yunayted" 38 xalla 7-ci pilləyə yüksəlib, "Çelsi" 41 xalla 4-cü pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.