İdman

"Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?” - Jelko Sopiç

15 Fevral 2020 21:23
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri  oyunu şərh edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o,  70-75 dəqiqə gözəl oynadıqlarını bildirib:

"90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.