Ukrayna gimnastı: "Şadam ki, Dünya Kuboku məhz Bakıda keçirilir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Gimnastika Arenasında yarışların təşkili hər zaman ən yüksək səviyyədədir.
Milli.Az bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalçısı, ukraynalı gimnast Darina Kozyarskaya deyib.
O bildirib ki, yarışlardan əvvəl məşqlər əla keçib, amma təsnifat yarışında kiçik qüsurlar qeydə alınıb:
"Bugünkü çıxışımı təhlil etdikdən sonra başa düşdüm ki, nəyi isə buraxmışam. Yəqin ki, yorğunluq özünü göstərib".
Gimnast əlavə edib ki, Bakıdakı yarışlara böyük sevinclə gəlib:
"Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Çox şadam ki, Dünya Kuboku məhz burada keçirilir. Burada təşkilat həmişə ən yüksək səviyyədədir. Həm də ona görə məmnunam ki, 2021-ci ildə Bakıda batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.
15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qurban Qurbanovun kiçik qızı ilə səmimi VİDEOsu
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
41 yaşında vəfat etdi
-
“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
XƏBƏR LENTİ
-
Xocavəndə növbəti köç yola salındı
-
Türkiyədə narkotik əməliyyatında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR
-
Qurban Qurbanovun kiçik qızı ilə səmimi VİDEOsu
-
Təmirli ev almaq sərfəlidir, yoxsa təmirsiz?
-
Aparıcıları işsiz qoyan Səidə "Tarqovu"da oyun çıxardı - VİDEO
-
İtkin-şəhid Rəşadət Piriyevlə vida mərasimi keçirildi
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
-
Maşındakı bu düymə görün nə işə yarayırmış - 90 faiz adam bilmir
-
Xalq artistinin qardaşı ölümdən DÖNDÜ
-
Dəridə yaşlanmanı ləngidən üsul tapıldı - Qadınları sevindirəcək XƏBƏR
-
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
-
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
-
Gözəllik kraliçasına otel otağında HÜCUM - FOTO
-
Qız anası olan bloqerə ərinin bahalı HƏDİYYƏSİ - VİDEO
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə... - FOTO
-
“Zaur “əzik”, bir maşına satılan kişi idi” - Əməkdar artist
-
Sabahdan bu avtobusların hərəkəti dəyişəcək - RƏSMİ
-
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
-
"Bitcoin" yenidən ucuzlaşdı
-
AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
-
"Sadat Quliyev və onun adamları məni və ailəmi ölümlə hədələyir" – "BT News" kanalının müəllifi ilə MÜSAHİBƏ
-
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
-
Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO





