İdman

“Mançester Yunayted” 140 milyon avroluq təklifə hazırlaşır

13 Fevral 2020 09:49
0 Şərh     Baxış: 1 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubu Ceydon Sanço üçün rekord məbləğdə təklifə hazırlaşır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Borussiya"nın (Dortmund) şərəfini qoruyan yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. İngilislər 19 yaşlı futbolçu üçün qarşı tərəfə 140 milyon avro təklif edəcək.

"Mançester Yunayted"in yayda yarımmüdafiəçisi Pol Poqbayla yollarını ayıracağı gözlənilir.

Sanço "Çelsi"nin də maraq dairəsindədir.

Cari mövsümdə Bundesliqada 19 oyunda iştirak edən Sanço, 12 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.