İdman

Transfer balansını pozan klublar və liqalar - "Top-5"də

11 Fevral 2020 08:48
0 Şərh     Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"CİES Football Observatory" araşdırma mərkəzi "böyük beşlik" ölkələrindəki klubların son iki transfer dönəmindəki fəaliyyətini araşdırıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, balansı ən çox pozan klubun "Real" olduğu aşkarlanıb.

"Kral klubu" son iki "transfer pəncərəsi" dövründə oyunçu keçidlərinə görə 330 milyon avro xərcləyibsə, satılan futbolçulardan 149 milyon avro gəlir götürüb. Yəni Madrid təmsilçisinin transfer balansı mənfi 181 milyon avrodur. İkinci yerdə "Aston Villa" qərarlaşırsa, ilk "üçlüy"ü İspaniyanın digər nəhəng klubu "Barselona" qapayır.

 

Transferlərdə balansı ən çox pozan klublar:
1. "Real" - mənfi 181 milyon avro (330 milyon xərcləyib / 149 milyon qazanıb)
2. "Aston Villa" - 169 milyon (172 / 3)
3. "Barselona" - 166 milyon (288 / 122)
4. "Mançester Yunayted" - 151 milyon (244 / 93)
5. "Tottenhem" - 141 milyon (204 / 63)
6. "Monako" - 121 milyon (211 / 90)
7. "İnter" - 111 milyon (235 / 124)
8. "Yuventus" - 94 milyon (235 / 141)
9. "Fiorentina" - 93 milyon (137 / 44)
10. "Herta" - 92 milyon (117 / 25).

"Top-5"də ən çox balansı pozan liqalar:
1. İngiltərə Premyer Liqası - mənfi 844 milyon avro
2. İspaniya La Liqası - 418 milyon
3. İtaliya A seriyası - 407 milyon
4. Almaniya Bundesliqası - 263 milyon
5. Fransa Liqa1 - müsbət 106 milyon.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.