İdman

"İnter" sabiq qapıçısını qaytarır - azad agent kimi

11 Fevral 2020 08:38
0 Şərh     Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Milan klubu Emiliano Viviano ilə müqavilə bağlamaq üzrədir.

Samir Handanoviçin zədələnməsindən sonra qapıçı mövqeyi ilə bağlı problem yaşayan "neradzurra" bunu sabiq qolkiperi Emiliano Viviano ilə həll etmək niyyətindədir. Hazırda azad agent statusu daşıyan Viviano yaxın günlərdə A seriyasının liderində tibbi müayinədən keçəcək və ardından ən azı mövsümün sonuna qədər müqavilə bağlayacaq.

Qeyd edək ki, son klubu "Sportinq" olan Emiliano Viviano Portuqaliya klubundan ötən ilin sentyabr ayında ayrılıb. 35 yaşlı qolkiper 2011-12 mövsümündə "İnter"in heyətində yer alsa da, heç bir oyunda iştirak etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.