İdman

Messinin “Barselona”dakı gələcəyi müəyyənləşdi

8 Fevral 2020 18:18
3 Şərh     Baxış: 2 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi bu il klubu tərk etmək fikrində deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu klubun idman direktor Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniyada qalacaq. O, ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi "Barselona"da oynayacaq.

Bildirilir ki, "Barselona"nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi - Abidal gərginliyi nisbətən azalmağa başlayıb.

Qeyd edək ki, xarici mediada Messinin yayda "Mançester Siti"yə keçə biləcəyi də iddia olunub. Lakin "Sky Sports" yazır ki, bu transer gerçəkləşməyəcək. Klubun baş məşqçisi Xosep Qvardiola da Messinin "Barselona"dan ayrılacağına inanmadığını söyləyib

Başqa bir xəbərə görə, argentinalı "Barselona" ilə yeni müqavilə üçün danışıqlara başlamağa hazırdır. Amma o, hələlik bu məsələ ilə bağlı yekun qərarı qüvvədə olan müqaviləsi başa çatmağa yaxın verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.