"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq sıradan çıxıb.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Sterlinq zədə səbəbindən "Mançester Siti"nin Çempionlar Liqasında "Real"la qarşılaşacağı 1/8 final mərhələsinin matçında iştirak etməyə bilər.
"Mançester Siti" - "Real" matçı fevralın 27-də keçiriləcək.
Milli.Az