İdman

Qazaxıstan məşqçisi: "Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır"

3 Fevral 2020 18:05
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Qazaxıstan milli komandasının üzvlərinin təlim-məşq toplanışları keçirilir.

Komandanın baş məşqçisi Sergey Vertyankin Trend-ə bildirib ki, komanda toplanışlara yanvarın 30-da gəlib:

"Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır və zəruri şərait yaradır. Biz Bakıya fevralın 15-16-da keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku ərəfəsində gəlmişik ki, iki həftə əvvəldən alətləri sınaqdan keçirək. Qazaxıstan komandasını iki nəfər batut gimnastikası, iki nəfər isə tamblinqdə olmaqla dörd idmançı təmsil edəcək".

S.Vertyankinin sözlərinə görə, Dünya kubokuna ən güclü idmançılar gələcək:

"Hər yarış ərəfəsində biz səviyyəni yüksəldirik. İdmançılarımızın çətin proqramları icra etməsi lazımdır ki, finala çıxıb medalllar uğrunda mübarizə aparsınlar. Yarışa gələcək komandalar güclüdür, hər birinin güclü idmançıları, liderləri var. Onlarla layiqli mübarizə aparacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.