İdman

Renat bu kluba keçməkdən imtina etdi

1 Fevral 2020 14:34
1 Şərh     Baxış: 1 267
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un futbolçusu Renat Dadaşov Cempionşipdə oynayan "Birmingem Siti"yə keçməkdən imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlunat yayıb.

"Sky Sports"un jurnalisti Rob Dorsett yazıb ki, klublar arasında bu keçidlə bağlı razılıq olsa da, 21 yaşlı hücumçu transferə razılıq verməyib.

Xatırladaq ki, millimizin futbolçusu olan R.Dadaşov "canavarlar"la 2019-cu ilin yayında müqavilə bağlayıb. O, hələ Premyer Liqada debüt edə bilməyib. Renat bu mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" komandasında keçirib. Qışda isə onunla yollar ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.